Xəzər Universitetinin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

Xəzər Universitetinin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib Azərbaycan Diasporuna Dəstək Fondu Koreya Respublikasının Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyası ilə birgə “Şuşa İli” çərçivəsində “Azərbaycan ədəbiyyatında Qarabağ” mövzusunda birgə layihə həyata keçirir. Layihə çərçivəsində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Aynur Qəzənfərqızının “Folklorun ədəbiyyatın və fəlsəfi fikrin yaranmasına təsiri - Qarabağdan toplanmış mətnlər əsasında” adlı məqaləsi Cənubi Koreyada nəşr edilən “Beynəlxalq dil və ədəbiyyat” dərgisinin 52-ci buraxılışında dərc olunub.
Məqalədə Qarabağdan toplanmış folklor mətnlərinin qarabağlı müəlliflərin əsərlərinə təsiri araşdırılır. Qeyd edilir ki, folklor mətnləri ədəbiyyatda həm olduğu kimi, həm də dəyişdirilərək istifadə olunur. Qarabağ folklor mətnləri də ədəbiyyatda hər iki formada işlənib. N.Vəzirov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli kimi yazarlar öz əsərlərində folklor süjetlərindən istifadə ediblər. Məqalə azərbaycanlı müəlliflərin əsərlərinin və Qarabağ folklor mühitinin koreyalı oxucular tərəfindən tanınması üçün əhəmiyyətlidir.

Tehsil-press.az

Oxşar xəbərlər