Xəzər Universiteti tədqiqatçılarının məqaləsi Türkiyə mətbuatında

Xəzər Universiteti tədqiqatçılarının məqaləsi Türkiyə mətbuatında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və universitetin Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı Aynur Qəzənfərqızının həmmüəllifi olduqları “Dedi-qodu folklor janrıdır” adlı məqalə Türkiyənin “Beynəlxalq Folklor Araşdırmaları Jurnalı”nda dərc edilib.
Tədqiqat işində folklorşünaslıqda dedi-qoduya ilk dəfə janr kimi yanaşılıb və bunu müəlliflər nümunələrlə sübut etməyə çalışıblar. Həmçinin internet resurslarından dedi-qodunun müasir mətnləri toplanılıb, nyuslor (mövcud hadisələri bilən və şərh edən folklor), kütləvi linçlər, interpretasyalar və s. araşdırılıb. Dedi-qodu janrı İslamda və qanunda da araşdırılıb, ənənəvilik və müasirlik prizmalarından tədqiq edilib. Tədqiqat işində dedi-qodunun sosial və psixoloji yönləri də öyrənilib.

Tehsil-press.az

Oxşar xəbərlər