Cənubi Koreyanın akademik dairələri arasında böyük nüfuza malik Beynəlxalq Dil və Ədəbiyyat Cəmiyyətinin dövri məcmuəsinin 50-ci buraxılışında ilk dəfə olaraq, azərbaycanlı və azərbaycanşünas alimlərin məqalələri yer alıb.
Sözügedən nəşr xüsusi buraxılış olaraq, “Koreya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illik yubileyinə həsr olunur” başlığı altında dərc edilib.
Xüsusi buraxılışda Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Misirin Ayn Şəms Universitetinin alimlərinin “Firidun bəy Köçərli və Azərbaycan ədəbi tənqidinin aktual məsələləri”, “Məhəmmədhüseyn Şəhriyarın türkcə divanında milli-etnik yaddaş problemi”, “Azərbaycanda xına gecəsi mərasimi”, “Kitabi-Dədə Qorqud dastanında advermə mərasimi” və “XX əsrin əvvəllərində Azərbaycan poeziyasında folklor motivləri: forma və janr kontekstində” başlıqlı elmi məqalələri Koreya və ingilis dillərində annotasiyaları ilə birlikdə dərc edilərək, Koreyanın oxuyucu və tədqiqatçı auditoriyasına təqdim olunub.
Tehsil-press.az