BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” adlı XI beynəlxalq elmi konfrans davam edir

BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” adlı XI beynəlxalq elmi konfrans davam edir Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr edilmiş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı XI beynəlxalq elmi konfrans davam edir.
Oktyabrın 14-də konfransda Ayça Ergülün “Zebra balığında neyrodegenerativ xəstəliyin modelləşdirilməsi”, Ayaz Dinçerin “Türkiyədə konservasiya istiqamətli bioloji tədqiqatlar”, Svetla Danovanın “Süd turşusu bakteriyasi və sağlamlıq - məqsədə necə nail olunmalı”, Fərəh Sayımın “Qırmızı qurbağa (Bombina bombina) növü ekotoksikoloji test orqanizm kimi”, ICESCO-nun sektor müdiri professor Rahil Qəmərin “Güclü genomiks: perspektivləri və gələcək potensialları”, Esra Ersoy Öməroğlunun “Arsenlə çirklənmə şəraitində çəltik becərilməsinin təkamülü və arsenat metabolizə edən və metanogen bakteriyalar” adlı məruzələri dinlənilib.
Beş bölmədə davam edən konfrans bu gün başa çatacaq.

Tehsil-press.az



Oxşar xəbərlər