Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında birgə fəaliyyət planının müəyyən edilməsi və qarşılıqlı əməkdaşlıq haqqında memorandum aktı imzalanıb.
Sənədi Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov imzalayıblar.
Memorandum aktının məqsədi UNEC-lə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə təhsil tələbə kreditləri haqqında məlumatların daha geniş kütləyə çatması, tələbələrin və valideynlərin təhsil tələbə kreditləri və güzəştləri haqqında daha düzgün məlumatlanması, sosial məsuliyyəti artıran layihələrin icrası, birgə tədbirlərin təşkil edilməsi, UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıq edilməsinə yönəlib.
Tehsil-press.az