AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitriy Kiriçenko və tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə oktyabrın 12-14-də Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən “Avrasiya çöllərinin arxeologiyası” adlı V beynəlxalq konfransda iştirak ediblər.
Qazaxıstan Respublikası Təhsil Nazirliyinin Elm Komitəsinin təşkilatçılığı ilə hibrid formatda baş tutan konfransda Ş.Nəcəfov “Yastıtəpə qədim yaşayış yerinin daş məmulatı”, D.Kiriçenko “Masallı rayon tarix-diyarşünaslıq muzeyində saxlanılan daş toppuzlar” və A.Ağalarzadə “Bir əqiq daşı möhür üzərindəki zebu (hind donqar öküzü) təsviri incəsənətdə (etno-arxeoloji tədqiqat)” mövzularında məruzələrlə onlayn formatda çıxış ediblər.
Tədqiqatçıların çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
Tehsil-press.az