Onlayn konfransda tərəvəzçiliyin inkişafında innovasiyaların rolundan bəhs olunub

Onlayn konfransda tərəvəzçiliyin inkişafında innovasiyaların rolundan bəhs olunub AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Zeynal Əkpərov Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən onlayn konfransda çıxış edib.
Bildirilib ki, Z.Əkpərov konfransda yeni sortların yaradılmasında milli genetik ehtiyatlardan istifadənin vacibliyindən, eləcə də müasir biotexnoloji üsulların tərəvəzçilikdə tətbiqi imkanlarından danışıb. Genetik Ehtiyatlar İnstitutu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında imzalanmış müqaviləyə əsasən elmi əlaqələrin daha da genişləndirildiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov və Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov da iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər