Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Beynəlxalq münasibətlər kafedrasının və AMEA Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunan “Mövcud beynəlxalq şəraitdə Azərbaycan Respublikasının xarici siyasəti” mövzusunda onlayn müzakirə keçirilib.
Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Cənnətxan Eyvazov Azərbaycanın mövcud beynəlxalq şəraitdə xarici siyasətinin əsas istiqamətlərindən danışıb.
Elm Tarixi İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə beynəlxalq vəziyyət və dövlətimizin o dövrdə formalaşan xarici siyasəti ilə bağlı çıxış ediblər.
Kafedranın dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev isə məruzəsində 44 günlük Vətən müharibəsindən sonra yaranmış beynəlxalq şərait, Azərbaycanın mövcud xarici siyasət gündəmi və onun reallaşdırılması imkanlarından bəhs edib.
Tədbirin yekununda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Tehsil-press.az