Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dövlət müstəqilliyimizin bərpasının 31-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Biznes və menecment fakültəsində keçirilən seminarda fakültə dekanı dosent Mirağa Əhmədov dövlət müstəqilliyinin bərpasında və qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətindən danışıb.
Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov ölkəmizin müstəqillik tarixindən, müstəqilliyimizi şərtləndirən amillərdən, Azərbaycan xalqının milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən bəhs edib.
UNEC-in Zaqatala filialı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Zaqatala filialının direktor müavini Həqiqət Qədimova dövlətimizin müstəqilliyi, inkişafı və xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasətin, onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğulayıb.
İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən “Müstəqilliyimizin əbədi keşiyində” adlı tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov milli müstəqilliyin ölkəmizin sonrakı inkişafına verdiyi töhfələrdən bəhs edib. E.Eyvazov Azərbaycan xalqının XX əsrdə yenidən müstəqillik qazanmasının onun tarixən müstəqil təfəkkürə malik olması ilə bağlı olduğunu qeyd edib. O, hər bir azərbaycanlı vətəndaşın müstəqilliyin əbədi keşiyində durmalı olduğunu bildirib.
Maliyyə və mühasibat fakültəsində keçirilən seminarda dekan Hafis Hacıyev 18 oktyabrın dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarix olduğunu qeyd edib.
UNEC-in Maliyyə və audit kafedrasının professoru Elnur Sadıqov müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərək bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurlarının ən etibarlı təməli olub.
Tehsil-press.az