UNEC-də Milli Qurtuluş Gününə həsr olunan silsilə tədbirlər keçirilib

UNEC-də Milli Qurtuluş Gününə həsr olunan silsilə tədbirlər keçirilib Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
Tədbirdə Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov çıxış ediblər.
Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixindəki ictimai, siyasi, iqtisadi əhəmiyyətdən söz açıblar. Məruzəçilər iyunun 15-nin xalqımız üçün əsl qurtuluş tarixi olmasını faktlarla əsaslandıraraq, bu tarixi yaradan ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmlənməsində və inkişafındakı müstəsna rolunu vurğulayıblar.
Rus iqtisad məktəbində keçirilən tədbirdə direktor müavini tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov, İqtisadiyyat kafedrasının müdiri dosent Sevinc Abbasova, ixtisas rəhbəri dosent Rauf Quşxani çıxışlarında həmin dövrdəki hadisələrdən, o cümlədən ölkənin ictimai-siyasi həyatında hökm sürən hərc-mərclikdən, respublikanın mövcudluğu ilə bağlı yaranmış təhlükəli vəziyyətdən, insanların yaşadıqları təşviş və qorxudan danışıblar. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər