Gömrük Akademiyasında Dövlət Müstəqilliyin Bərpası Gününə həsr olunmuş seminar keçirilib

Gömrük Akademiyasında Dövlət Müstəqilliyin Bərpası Gününə həsr olunmuş seminar keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında 18 oktyabr- Dövlət Müstəqilliyin Bərpası Günü ilə əlaqədar seminar keçirilib. Ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 31-ci ildönümünə həsr olunmuş seminar Akademiyanın rəis müavini Araz Aslanlı tərəfindən aparılıb.
4-cü kurs tələbələrinin iştirakı ilə keçirilən seminarda Araz Aslanlı dövlətimizin keçdiyi müstəqillik yolu və müstəqillik dövründə əldə etdiyimiz uğurlar haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. A. Aslanlı o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən bəhs edib. O, həmçinin 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində Azərbaycan xalqının dövlət müstəqilliyimizin əbədi olmasını bir daha bütün dünyaya sübut etdiyini qeyd edib.
Sonda Akademiyanın rəis müavini bundan sonra da alnımız açıq, üzümüz ağ olaraq əbədi müstəqilliyimizin bərpası gününü qeyd edəcəyimizi bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər