Conson Baş nazir postuna namizəd ola bilər

Conson Baş nazir postuna namizəd ola bilər Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Baş nazirlik uğrunda mübarizəyə qoşula biləcəyi iddia edilib.
“Teleqraf”da çıxan xəbərdə Consonun istefa verdiyini açıqlayan Liz Trassın yerinə partiya daxilində Baş nazirlik yarışına qatılacağı bildirilib.
Hazırda Dominikan Respublikasında istirahətdə olan Conson bu haqda rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Boris Conson iyulun 7-də hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.

Tehsil-press.az



Oxşar xəbərlər