Azərbaycan İlahiyyat İnstitutunun rektoru Cenevrə Universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Cenevrə Universitetində tələbələrə mühazirə oxuyub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrənin Cenevrə Universitetinin İlahiyyat fakültəsinin magistr tələbələri qarşısında mühazirə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Rektor A.Şirinov mühazirəsində Azərbaycanın tolerant ölkə olduğunu, burada tarixən məscid, kilsə və sinaqoqların yanaşı fəaliyyət göstərdiyini, inanclı insanların ibadətlərini yerinə yetirməkdə azad olduqlarını diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların mədəni müxtəlifliyinə, birgəyaşayış ənənəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərilir.
Rektor Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə dini dəyərlərə hörmət və qayğıya əsaslanan siyasətin həyata keçirildiyini bildirib.
Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edən A.Şirinov Ermənistanın bəd əməllər törətdiyini diqqətə çatdırıb. O bildirib ki, ermənilər işğal dövründə torpaqlarımızda bütün məscidləri, qəbiristanlıqları vəhşicəsinə məhv ediblər.
Rektor bütün bunlara baxmayaraq, paytaxt Bakıda hazırda erməni kilsəsinin fəaliyyət göstərdiyini və burada erməni dilində minlərlə kitabın qorunduğunu deyib.
Qeyd edək ki, A.Şirinov İsveçrə Konfederasıyasının Cenevrə şəhərində təşkil olunan “Birlikdə yeni körpülərin qurulması: keyfiyyətli təhsilin əsasında mənəviyyat və dəyərlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər