Türkiyənin Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Görüşdə Aİİ-nin rektoru Aqil Şirinov İlahiyyat İnstitutunun fəaliyyəti, hədəfləri haqqında ətraflı məlumat verib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini vurğulayıb.
A.Şirinov Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışaraq, 44 günlük Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstək üçün dərin minnətdarlığını bildirib.
Rektor Ahmet Karadağ İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını deyib.
Sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq protokolu imzalanıb.
Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu Aİİ-nin rektoru Aqil Şirinov və Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ imzalayıblar.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Tehsil-press.az