Bakıdakı Rus Evində “Xeyirxahlıq missiyası” layihəsinin rusist könüllülər nümayəndə heyəti ilə görüş keçirilib

Bakıdakı Rus Evində “Xeyirxahlıq missiyası” layihəsinin rusist könüllülər nümayəndə heyəti ilə görüş keçirilib Bakıdakı Rus Evində (RİMM) “Xeyirxahlıq missiyası” layihəsinin rusist-könüllülər nümayəndə heyəti ilə görüş keçirilib.
Peşəkar könüllülər, Rusiyanın dörd şəhərindən rusist müəllimlər Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubu ilə görüşüb, mədəni və linqvistik qarşılıqlı fəaliyyətin inkişafında, sosial, ekoloji, humanitar layihələrin dəstəklənməsində beynəlxalq könüllülüyün rolunu müzakirə ediblər.
Klubun üzvləri könüllülər qismində müxtəlif proqramlarda iştirak etmə təcrübəsini, eləcə də Azərbaycanda könüllülüyün inkişafının ən perspektiv istiqamətlərinin əhəmiyyətini bölüşüblər. Öz növbəsində, Rusiyadan olan rusist könüllülər ölkələrində könüllülük proqramlarında iştirak etmə imkanları barədə danışıblar.
“Xeyirxahlıq missiyası” beynəlxalq humanitar könüllülük layihəsinin Azərbaycanda təşkilatçıları Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə Rus Humanitar Missiyası, Könüllülər Mərkəzləri Assosiasiyası və Bakıdakı Rus Evidir.

Tehsil-press.az




Oxşar xəbərlər