Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən futbol üzrə “Avro-2020 Könüllülər Proqramı”nın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan CBC-nin aparıcısı Əminə Kazımova Avropa çempionatının tarixi və bununla bağlı maraqlı faktlardan danışıb.
Daha sonra söz konüllülərin ümumi rəhbəri Yusif Vəliyevə verilib. O, könüllülük fəaliyyətinin cəmiyyətdə vacibliyi haqqında tələbələrə geniş məlumat verib.
Sonda “Avro-2020 Bakı Könüllülük Proqramı”nın səfiri Taleh Yüzbəyov çıxış edərək tələbələrlə səmimi söhbət aparıb və onların könüllülük proqramı ilə bağlı suallarını cavablandırıb. BSU-nun tələbələri təqdimatla yaxından maraqlanıb, könüllülük proqramına qoşulmaq istədiklərini bildiriblər.

BSU-nun Mətbuat xidməti