Martın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT-nin Könüllülər Proqramının Azərbaycan üzrə təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” mövzusunda təqdimatı keçirilib.
Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov çıxışında dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə institutda ardıcıl seminarlar, görüşlər, dəyirmi masalar təşkil olunduğunu vurğulayıb. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov gənclərin məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq, özlərini daim inkişaf etdirmək üçün belə tədbirlərin keçirilməsinin zəruriliyini bildirib.
Təqdimatda Kiyoun Kim “BMT-nin Könüllülər Proqramı” mövzusunda məruzə ilə çıxış edib. O, könüllülük fəaliyyəti və onun məqsədləri haqqında ətraflı məlumat verib. O bildirib ki, hər il minlərlə könüllünü səfərbər etməklə yanaşı, BMT-nin Könüllülər Proqramı könüllülərin işini təşviq edir, könüllülüyü inkişaf proqramının tərkib hissəsinə çevirmək üçün tərəfdaşlarla çalışır, sülh və inkişafa öz töhfəsini verir.
Təqdimat mərasimində proqramın fundamental prinsipləri, könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi barədə ətraflı məlumat verilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, sözügedən məsələlərlə bağlı tələbələrin sualları cavablandırılıb.
Aİİ-nin Mətbuat Xidməti