Bakını su ilə təmin edən irihəcmli su xəttlərinin birində qəza baş verib.
Hadisə Yasamal rayonunda yerləşən Yeni Yasamal yaşayış kompleksində baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əhmədov küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.
Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Daha sonra polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Tehsil-press.az