Mingəçevir Dövlət Universiteti (MDU) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı "Bootcamp” tədbirində təmsil olunub. 3 gün davam edən tədbirdə MDU-nun 10 əməkdaşı iştirak edib.
Tədbirin açılışında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, MDU-nun rektoru Şahin Bayramov və digər ali məktəblərin rəhbərləri iştirak ediblər.
Tədbirdə “Rəqəmsal dünyada yenilik”, “Şəbəkələşmə”, “Liderlik bacarıqları”, “Komandanın effektiv idarə olunması”, “Startup pitching”, “Mentorluq, texnika və mexanizmləri”, “Startapın həyat dövrü”, “Təqdimat bacarıqlarının inkişaf etdirilməsi”, “Maliyyə cəlb edilməsi strategiyaları”, “Emosional intellekt” və “İdeya müsabiqəsi - İnnovativ məhsul inkişafı” mövzularında təlimlər, sonra isə komandalar üzrə iş təşkil olunub. Bununla yanaşı, "Bilim Bakı" Mərkəzinin rəhbəri tərəfindən “Milli Teknoloji Hamlesi T3 Vakfı & Teknofest” haqqında məlumat verilib.
Qeyd edək ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. MDU cari ilin aprelin 14-də müvafiq Anlaşma memorandumunun imzalanması ilə sözügedən layihəyə qoşulub.
Tehsil-press.az