Filippinin sıx məskunlaşmış Luson adasında daşqınlar nəticəsində azı 13 nəfər həlak olub.
Musson yağışları adanın qərb hissəsində tüğyan edir.
Bir nəfərin itkin düşdüyü deyilir. Qeyd olunur ki, ümumilikdə təbiət hadisəsindən 2 milyona yaxın sakin əziyyət çəkib.
Yaxın günlərdə mussonun Luson adasından şimalda yerləşən Mindoro və Palavan adalarına doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Bu bölgələrdə də daşqın və torpaq sürüşmələrinin olacağı istisna edilmir.
Tehsil-press.az