BMT diqqətini İran etirazlarına yönəldir

BMT diqqətini İran etirazlarına yönəldir Ötən gün ABŞ-ın Nyu-York ştatının məşhur Tayms Meydanında İranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölən Məhsa Əminin şəkli göstərilib.
Bu məsələnin gələn həftə Birləşmiş Millətlər Təşkilatının diqqətində də olacağı bildirilib.
Belə ki, BMT Təhlükəsizlik Şurası ABŞ və Albaniyanın təşəbbüsü ilə İranda insan haqlarının pozulması ilə bağlı qeyri-rəsmi iclas keçirəcək.
İclasın keçirilmə səbəbi İranda insan haqlarının pozulması ilə bağlı etibarlı, müstəqil araşdırmaların aparılmasının yollarını axtarmaqdır.
İlkin məlumata əsasən, toplantı noyabrın 2-də baş tutacaq.

Tehsil-press.az


Oxşar xəbərlər