Somalidə ölənlərin sayı artıb

Somalidə ölənlərin sayı artıb Somalidə baş vermiş terror aktı zamanı ölənlərin sayı 512 nəfərə çatıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata əsasən, hökumət ölənlərin sayını dəqiqləşdirmək üçün komitə yaradıb.
“Hazırda ötən ay baş vermiş partlayışda 512 nəfərin həlak olduğunu təsdiqləyirik. Partlayış zamanı daha 316 nəfər xəsarət alıb”, - deyə komitə sədri bildirib.
Xatırladaq ki, hadisə paytaxt Moqadişonun Hodan rayonu ərazisindəki mehmanxana binasının yanında baş verib.

Tehsil-press.az


Oxşar xəbərlər