Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “İdeoloji maarifləndirmə konsepsiyası” tədbirlər planı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüş keçirilib.
Prorektor dosent Səadət Qəndilova universitetdə fəaliyyət göstərən tələbə təşkilatları, eləcə də tələbələrin iştirakı ilə keçirilən tədbirlər, sosial layihələr barədə məlumat verib.
Sonra Milli Məclisin deputatı Sevil Mikayılova, Səbail RİH başçısının müavini Kəmalə Həşimova, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Vətən müharibəsi qazisi Ramin Şirinov çıxış edərək, ölkəmizdə elm, təhsil, iqtisadiyyat, səhiyyə, mədəniyyət və digər sahələrdə aparılan uğurlu islahatlardan danışıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun qəhrəmanlığı sayəsində düşmən işğalından azad olunmuş əzəli doğma torpaqlarımızın dirçəldilməsi, tarixi, dini və mədəni abidələrin bərpası istiqamətində görülən işlərdən söz açıblar.
Görüşdə gənclərin vətənpərvər ruhda yetişdirilməsinin dövlətin daim diqqət mərkəzində saxlanıldığı və bu istiqamətdə mütəmadi olaraq ideoloji maarifləndirmə tədbirlərinin keçirilməsinə xüsusi önəm verildiyi bildirilib.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az