Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova layihə barədə məlumat verib. Qeyd olunub ki, layihə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq keçirilir.
Görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, bu qurumun baş katibinin müavini Fuad Hümbətov və “Dəstək” şirkətinin prezidenti Sakit Səmədov təqdimatla çıxış ediblər. Onlar sahibkarlıq düşüncə tərzinin təşviqi və sahibkarlıq ruhunun formalaşdırılması istiqamətində təcrübələrini bölüşüblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti