BDU-da “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

BDU-da “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib Bakı Dövlət Universitetində (BDU) Anım Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yarışmanın açılış mərasimində çıxış edərək 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini bildirib. Qeyd edilib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi daim ürəklərdə yaşayacaq.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı ordu və dövlətimizin ətrafında yumuruq kimi birləşərək həmrəylik göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində qəhrəmanlıqlar göstərdi, Böyük Zəfər qazandıq.
Gərgin mübarizə şəraitində keçən bilik yarışmasının qalibi Azərbaycan Dillər Universitetinin komandası olub. Müvafiq olaraq II və III yerlərə isə Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər