Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 günlük dastan” layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov, ATGTİ-nin sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxış ediblər.
Tələbələr və gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin tarixi Zəfərimizin qazanılmasında göstərdikləri şücaət və fədakarlıqları haqqında məlumat verilib.
Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri - Əhliyət Mehdiyev, Vüqar Məmmədov, Mönsüm İsgəndərov və Cavid Nurullayev keçdikləri döyüş yolu və 44 günlük Vətən müharibəsi dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az