Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri Hüseyn Cavidin ev-muzeyində olublar.
Şöbə müdiri Hicran Sadıqzadə və müəllim Mahmud Qubadovun rəhbərliyi ilə şagirdlər görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərləri əsasında kompozisiya təqdim ediblər. Cavidin anadan olmasının 140 illik yubileyi münasibətilə hazırlanmış kompozisiyada dramaturqun “Səyavuş”, “Şeyx Sənan”, “İblis” pyeslərindən ayrı-ayrı səhnələr canlandırılıb, məşhur “Qız məktəbində” şeiri səhnələşdirilmiş versiyada səsləndirilib.
Tədbirdə çıxış edən Hüseyn Cavidin ev-muzeyinin baş direktoru, filologiya elmləri diktoru Gülbəniz Babaxanlı görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, əsərlərinin əhəmiyyətindən danışıb, ədibin pyeslərinə maraq göstərmiş tanınmış rejissorları, onun əsərlərində baş rolları ifa edən aktyorları xatırladıb.
Tehsil-press.az