Böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” əsəri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyi və Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur.
Nəşrin tərtibçisi və “Ön söz” ün müəllifi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, tərcüməçisi isə Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayevadır.
Qeyd edək ki, “Maral” Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. “Maral” faciəsi işıqlı ideyaların təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Bu ideyalar arasında tolerantlıq və multikultural dəyərlər də aparıcı yerlərdən birini tutur.

Afət Abbasova