Tələbələr Hüseyn Cavidin Ev-Muzeyində

Tələbələr Hüseyn Cavidin Ev-Muzeyində Hüseyn Cavidin Ev-Muzeyində Azərbaycan Dillər Universitetinin tələbələri üçün “açıq dərs” keçirilib.
Elmlə təhsilin inteqrasiyası çərçivəsində təşkil olunan dərsdə böyük şair və dramaturq Hüseyn Cavidin həyat yolundan, zəngin yaradıcılığından və ədibin ailə üzvlərinin taleyindən bəhs edilib.
Həmçinin muzey tərəfindən Hüseyn Cavid və cavidlər irsinə dair nəşr etdirilən “Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” və “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” və digər kitablar haqqında məlumat verilib.
Tələbələr böyük şairin “Şeyx Sənan”, “İblis”, “Maral” və digər əsərlərindən parçalar söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər