Türkiyənin Afyon Kocatepe Universitetinin təhsil fakültəsinin professoru Hakkı Yazıcı və Sibel Yazıcı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olublar.
Qonaqlara görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat yolu, zəngin yaradıcılığı və ədibin ailə üzvlərinin taleyi barədə məlumat verilib. Türkiyəli alimlərlə görüşdə H.Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və digər əsərləri haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında danışılıb.
Tehsil-press.az