“SABAH” qrupları çərçivəsində keçirilən bilik yarışlarının qalibləri mükafatlandırılıb

“SABAH” qrupları çərçivəsində keçirilən bilik yarışlarının qalibləri mükafatlandırılıb Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində təhsil, İT və mühəndislik üzrə bilik yarışları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov “SABAH” qrupları çərçivəsində təşkil edilən bilik yarışlarını tələbələrin inkişafında, onların təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və peşəkar kadr kimi yetişmələrində mühüm addım kimi dəyərləndirib. Nazir müavini Vətən müharibəsində qazanılan Qələbədə elm və texnologiyanın mühüm rolundan danışıb, gələcəyimizin təhsilin inkişafı və innovasiyalar üzərində qurulmasının vacibliyini vurğulayıb. Firudin Qurbanov yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq, sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaq üçün tələbələrin bilik, bacarıq və müvafiq vərdişlərini daim inkişaf etdirməli olduqlarına diqqət çəkib.
Firudin Qurbanov çıxışının sonunda qaliblərə uğurlar arzulayıb.
Daha sonra qaliblər təltif edilib.
Qeyd edək ki, bilik yarışları istedadlı tələbələrin aşkar edilməsi, tələbələrin elmi-yaradıcı təşəbbüslərinin artırılması, onların sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi və müvafiq ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrinin “SABAH” qrupları tələbələrinin inteqrasiyası məqsədilə təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər