BDU-nun “SABAH” qruplarının tələbələri informasiya texnologiyaları üzrə bilik yarışmasında iştirak edirlər

BDU-nun “SABAH” qruplarının tələbələri informasiya texnologiyaları üzrə bilik yarışmasında iştirak edirlər Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində “Şuşa İli”nə həsr olunan informasiya texnologiyaları üzrə bilik yarışması keçirilir. Yarışmanın təşkil edilməsində məqsəd bu sahəyə marağın artırılması, tələbələrin sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi, istedadlı gənclərin elmi-yaradıcılıq potensialının aşkara çıxarılmasıdır.
İki mərhələdən ibarət bilik yarışmasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektronika telekommunikasiya və radiotexnika və digər ixtisaslarında təhsil alan “SABAH” qrupları tələbələri iştirak edirlər.
Yarışmanın final mərhələsi oktyabrın 9-da Bakı Mühəndislik Universitetində keçiriləcək.
Qeyd edək ki, bilik yarışmasında komandalara 5 saat ərzində 8-9 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı veriləcək. Nəticələrin qiymətləndirilməsi avtomatik kod qiymətləndirmə sistemi ilə aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər