Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Bu barədə BELTA-ya belaruslu liderin mətbuat xidmətindən bildirilib.
Tərəflər ikitərəfli münasibətlərin vəziyyətini və inkişafını, əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
Bundan başqa, A. Lukaşenko və N. Nazarbayev söhbət zamanı beynəlxalq vəziyyətlə bağlı məsələlərə toxunublar. Qazaxıstanın birinci Prezidenti Belarus ətrafında vəziyyətlə də ətraflı maraqlanıb.
Əsas mövzular arasında COVID-19 pandemiyası, onunla mübarizə üsulları, eləcə də əhalinin peyvəndlənməsi və COVID-19-a qarşı vaksinlərin istehsalı olub.
N. Nazarbayev A. Lukaşenkonu Qazaxıstana dəvət edib və cavab olaraq, Belarusa səfər etmək dəvəti alıb.
Tehsil-press.az