UNEC-də keçirilən “Zəfər” intellektual yarışının qalibləri müəyyənləşib

UNEC-də keçirilən “Zəfər” intellektual yarışının qalibləri müəyyənləşib Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbə təşkilatlarının birgə layihəsi çərçivəsində Zəfər Gününə həsr olunmuş “Zəfər” intellektual bilik yarışı keçirilib.
Dekan müavini Ramal Cabbarov komanda üzvlərini yarışın şərtləri barədə məlumatlandırdıqdan sonra yarışa start verilib.
Maraqlı və gərgin keçən bilik yarışında informasiya təhlükəsizliyi ixtisası qrupunun tələbələrindən ibarət “Xocalı” komandası qalib olub. İkinci yeri informasiya təhlükəsizliyi ixtisası üzrə qrupun “Şuşa” komandası, üçüncü yeri isə kompüter elmləri ixtisası üzrə qrupun “Hadrut” komandası qazanıb.
Qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər