Bakı Mühəndislik Universitetinin komandası intellektual yarışda birinci olub

Bakı Mühəndislik Universitetinin komandası intellektual yarışda birinci olub “SABAH” qrupları və “Veysəloğlu” Şirkətlər Qrupunun birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Yarışa 10 ali təhsil müəssisəsindən 20 komanda olmaqla ümumilikdə 120 tələbə qatılıb. İntellektual yarışda birinciliyi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası qazanıb.
İkinci yeri Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası, üçüncü yeri isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fətəlity” komandası tutub.
Qaliblərə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin “Teas Press” nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub.
“Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən qalib komandalara pul mükafatı verilib.

BMU-nun Mətbuat Xidməti


Bakı Mühəndislik Universitetinin komandası intellektual yarışda birinci olubBakı Mühəndislik Universitetinin komandası intellektual yarışda birinci olubBakı Mühəndislik Universitetinin komandası intellektual yarışda birinci olubBakı Mühəndislik Universitetinin komandası intellektual yarışda birinci olubBakı Mühəndislik Universitetinin komandası intellektual yarışda birinci olub

Oxşar xəbərlər