Çinin Siçuan vilayətinin paytaxtı Çendu şəhərində yerləşən və ölkənin nüfuzlu ali təhsil ocaqlarından sayılan Siçuan Universitetində Azərbaycana aid təqdimat keçirilib.
Universitetin müəllim və tələbələri ilə yanaşı, dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri tədbirdə Siçuan Universitetinin beynəlxalq əlaqələr departamentinin müəllimi Faiq Ağabalayev Azərbaycanın zəngin tarixi və mədəni irsinə, Azərbaycan və Çin xalqları arasında mədəni əlaqələrin keçmişinə və hazırkı vəziyyətinə dair məlumat verib. Təqdimat zamanı keçmiş Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı 30 ilə yaxın müddətdə mədəni irsimizə, tarixi və dini abidələrə qarşı törətdiyi vəhşiliklərdən söz açılıb.
İştirakçılara Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistanın işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə yolumuz barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın zəfərindən sonra regionda iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Bu xüsusda Zəngəzur dəhlizi də daxil olmaqla, Azərbaycanın regional inkişaf üçün irəli sürdüyü təşəbbüslər qeyd edilib.
Tehsil-press.az