26 oktyabr tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən və Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən məşhur Tekstil muzeyində Azərbaycan Mədəniyyəti Günü keçirilib.
Bu barədə Tehsil-press.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Sözügedən tədbir Azərbaycanın ABŞ-dakı Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən təşkil edilib. Tədbirdə bu universitetin tələbə, müəllim və tədqiqatçıları, eləcə də ABŞ paytaxtının ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Corc Vaşinqton Universitetinin Beynəlxalq Strategiya üzrə dekanı Duqlas Şau (Douglas Shaw) Azərbaycan mədəniyyətinin zənginliyini vurğulamış və tədbirin təşkilini yüksək qiymətləndirilib. Həmçinin, Corc Vaşinqton Universitetinin tələbəsi Çilənay Səfərli və Səfirlik əməkdaşları tərəfindən qonaqlara Azərbaycanın zəngin tarixi, mədəni irsi, o cümlədən milli musiqisi və geyimləri, xalçaları və rəsm əsərləri, zəngin tarixi irsə əsaslanan Azərbaycanın mültikulturalizm ənənələri və bu sahədə dövlət siyasəti barədə təqdimatlar verilib.
Daha sonra qonaqlara ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrdə görməli yerlərdən bəhs edən video çarxlar nümayiş etdirilib. Eyni zamanda, Azərbaycanla bağlı interaktiv oyunlar təşkil olunmuş, qaliblərə ölkəmizə dair xatirə hədiyyələri təqdim edilib.
Sonra qonaqlar üçün Azərbaycanın zəngin mətbəxinin ləziz yemək, şirniyyat və içkilərindən ibarət ziyafət təşkil olunub. Qonaqlar həmçinin milli musiqimizin klassik parçaları ilə tanış olmuş və onlara ölkəmiz barədə çap materialları paylanılıb.
Hər zaman olduğu kimi, Azərbaycanın zəngin və rəngarəng mədəniyyəti bu dəfə də ABŞ paytaxtının ictimaiyyət nümayəndələrini valeh edib.
Tehsil-press.az