Onlar bu dünyaya ataları şəhid olandan sonra gəliblər. Əksəriyyətinə də atalarının daşıdığı əzəmətli adlar verilib. Bəziləri isə onlara qoyulan adlarla zəfəri, davamiyyəti, əbədiyyəti simvolizə edir: Şuşa, Nişanə, Cənnət kimi...
Hətta atasının adını böyüdəni belə olub, Kamrana kimi...
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırladığı sənədli filmi Zəfər Günü münasibətilə bir daha təqdim edirik:
Filmdə əsas xətt bu körpələrin atasız qalmaqlarına baxmayaraq, onların öz şəcərələrinin həm genetik, həm də mənəvi davamçıları olmağıdır.
Bizə əmanət qalan azyaşlıların hər biri eyni zamanda atalarının yarım qalan arzularının yenidən çiçəklənməsi, davamıdır.
“Nar”ın dəstəyi ilə ərsəyə gələn “Sonbeşiklər” adlı filmdə atalarının şəhidliyindən sonra doğulan 102 uşaqdan 13-ü lentə alınıb.
Tehsil-press.az