Şəhid övladları Beynəlxalq Kiber Yay Məktəbində iştirak etdi

Şəhid övladları Beynəlxalq Kiber Yay Məktəbində iştirak etdi Növbəti Beynəlxalq Kiber Yay Məktəbinə xarici ölkələrdən olan yeniyetmələrlə yanaşı qəhrəman şəhid övladları da cəlb olunub.
Yerli və xarici mütəxəssislər tərəfindən aparılan yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.
Belə təşəbbüslər bir daha göstərir ki, Azərbaycan dövləti şəhid övladlarına, onların arxada buraxıb getdiyi əzizlərinə sahib çıxır. Nəzərə almaq lazımdır ki, yeniyetmələrin öyrəndikləri bu sahə isə dövlət təhlükəsizliyində ən vacib sahələrdən biridir və hazırda ölkəmizdə və dünyada ən bahalı tədris növlərindən biridir. Məhz qanları, canları bahasına torpaqlarımızın işğaldan azad edilməsinə nail olan şəhidlərimizin övladlarının ən bacarıqlı mütəxəssis kimi yetişdirilməsi Azərbaycan dövlətinin əsas missiyalarından biridir. Belə ki, həmin gənclər bu gün atalarının döyüş meydanında yazdığı tarixi, gələcəkdə öz elmləri və bacarıqları ilə yaşadacaqlar. Bu gün əldə silah vətən torpaqlarını azad edən müzəffər Azərbaycan əsgərinin oğlu-qızı gedikcə dünyada ən təhlükəli problemlərdən biri olan kiber hücumların qarşısını almaq üçün hazırlanır.
Cənubi Qafqazın ən müzəffər ordusuna sahib Azərbaycan, öz Ali Baş Komandanının liderliyi altında kiberhücumları dəf etmək üçün də müdafiə arsenalını genişləndirir. Təbii ki, bunun üçkün ilk növbədə ixtisaslı kadrlar lazımdır ki, qeyd edilən Beynəlxalq Kiber Yay Məktəbi buna bariz nümunədir.
Bu Məktəbdə həm də xaricdən iştirakçıların olması xüsusi əhəmiyyət kəsb edir. Çünki onlar qəhrəman şəhidlərimizin övladları ilə təmasda olaraq onlarının atalarının yazdığı qəhrəmanlıq səlnaməsi ilə tanış olacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər