Şəhid övladları üçün Novruz şənliyi keçirilib

Şəhid övladları üçün Novruz şənliyi keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Vətən üçün canlarından keçən qəhrəmanların övladları üçün Novruz şənliyi keçirilib.
Tədbirdə prorektor dosent Səadət Qəndilova çıxış edib. O, hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan torpaqlarımızın bizə ötürülən əmanət olduğunu bildirərək, onların xatirəsinin daim əziz tutulacağını deyib. Şəhid və qazilərin ailə üzvlərini bayram münasibətilə təbrik edən prorektor, onlara xoş və firavan günlər arzulayıb.
Sonra şəhid övladları üçün əyləncəli oyunlar, səhnəciklər nümayiş olunub və onlara bayram sovqatları təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər