Vətən müharibəsi dönəmində Ermənistanın Gorusda yerləşən birinci ordu korpusu, bu ölkənin milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün plan qurubmuş.
Bu barədə “Xəzər Tv”də yayımlanan "Qartal Zirvədə" sənədli filmində məlumat verilib.
“Bu üç qrup tərəfindən həyata keçirilən plana əsasən, maksimum dərəcədə Azərbaycan Müdafiə Nazirliyinin hardasa 3 briqadadan ibarət bölmələrinin Araz çayı boyunca dərinə buraxılmalı və onların üç istiqamətdə təminat yolları kəsilməli idi. Mühasirəyə salmağın əsas məqsədi ondan ibarət idi ki, Silahlı Qüvvələrimizin irəliləməyinin qarşısı alınsın. Lakin bu plan əvvəlcədən ifşa olundu. Tərəfimizdən əməliyyat planları əldə edildi və bu barədə rəhbərliyə məruzə olundu. Nəticədə o istiqamətdə düşmənin özünü mühasirəyə salındı” – sənədli filmdə Dövlət Təhlükəsizliyi Ximədinin mənsubu bildirib.
Tehsil-press.az