Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Creative Spark” Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində “Turizm sahəsində biznes ideyalarının inkişafı” mövzusunda mühazirə saatı keçirilib.
“British Council” tərəfindən maliyyələşdirilən mühazirə Londondan olan mütəxəssis, Böyük Britaniyanın Qrinviç Universitetinin müəllimi Jithendran Kokkranikalın tərəfindən keçirilib. O, biznes ideyalarının inkişafına dair rəy və təkliflərinin iştirakçılarla bölüşə bilməsindən məmnun qaldığını söyləyib. Biznes bacarıqların təkmilləşdirilməsi və yaradıcı iqtisadiyyatın inkişafını şərtləndirən proqram çərçivəsində tərəfdaş ali təhsil müəssisəsinin tələbə və müəllimləri sahibkarlıq istiqamətli fənlərin tədrisi və mənimsənilməsini şərtləndirən yeni yanaşmalardan məlumatlı olublar.
Tehsil-press.az