Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Böyük Britaniyanın Qrinviç Universitetinin birgə qalib olduğu “Creative Spark” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində təlim təşkil olunub.
Qrinviç Universitetinin professoru Jithendran Kokranikal tələbələrə sahibkarlıq fəaliyyəti, bazar araşdırmasının aparılması, biznes ideyaların reallaşdırılması, biznes “canvas” modelinin tətbiqi və s. barədə təlim keçib.
İqtisad Universitetinin Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova və mütəxəssis Rauf Məmmədov isə “Creative Spark” layihəsindən bəhs edib. Onlar layihənin 7 ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün 5 illik proqram olduğunu diqqətə çatdırıblar.
Təlimdə gənclər qrup halında öz biznes ideyalarını müəyyənləşdirərək təqdimat ediblər.
Tehsil-press.az