'SLS” (Space Launch System) daşıyıcı raketi “Orion” kosmik gəmisi ilə birlikdə Aya doğru start götürüb.
Bu barədə məlumatı və raketin buraxılış anını NASA yayıb.
Sözügedən kosmik gəmi “Artemis 1” (“Artemida-1”) missiyası çərçivəsində pilotsuz sınaq rejimində havaya qalxıb.
Gəmi missiyanı başa vuraraq dekabrın 11-i Yer kürəsinə geri dönməlidir.
Qeyd edək ki, 2024-cü ildə “Artemis-2” missiyasının həyata keçirilməsi planlaşdırılır. Missiya çərçivəsində 4 astronavtdan ibarət Aya ekipaj göndəriləcək. Pilotlu rejimdə həyata keçirilən missiya zamanı kosmik gəmi Yerin peyki ətrafında uçuş həyata keçirəcək. 2025-ci ildə həyata keçirilməsi planlaşdırılan “Artemis-3” missiyası çərçivəsində isə amerikalı astronavtlar Ayın səthinə enəcəklər.
Tehsil-press.az