NASA-nın Ayı tədqiq edəcək yeni peyki ilə əlaqə kəsilib

NASA-nın Ayı tədqiq edəcək yeni peyki ilə əlaqə kəsilib Dünən Yer orbitini müvəffəqiyyətlə tərk edən kosmik gəmi CAPSTONE ilə əlaqə problemi yaranıb.
Bu haqda NASA sözçüsü Sarah Frazier açıqlama verib.
Problemi həll etmək və əlaqəni yenidən qurmaq üçün çalışdıqlarını deyən Frazier, CAPSTONE-un düzgün orbitə yerləşməsi üçün kifayət qədər yanacağa sahib olduğunu bildirib.
Təxminən 25 kiloqram olduğu bildirilən CAPSTONE ilə əlaqənin nə zaman kəsildiyi məlum olmasa da, problemin yerin orbitindən çıxdıqdan sonra meydana gəldiyi təxmin edilir.
CAPSTONE-un noyabrın 13-də Aya çatacağı düşünülür və məlumat toplamaq üçün ən azı 6 ay Ayın orbitində qalması planlaşdırılır.
Raket iyunun 28-də Yeni Zelandiyanın Mahia yarımadasındakı “Rocket Laboratory Launch Complex 1”dən buraxılıb.

Tehsil-press.az




Oxşar xəbərlər