Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin bakalavr təhsil pilləsində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinin dərsləri sillabusa uyğun olaraq “SOCAR POLYMER” (Sumqayıt şəhəri) istehsalat müəssisəsində keçirilib.
Zavodda əvvəlcə tələbələr sağlamlığın, əməyin təhlükəsizliyinin qorunması və ətraf mühitin mühafizəsi barədə məlumatlandırılıb. Sonra tələbələr zavod ərazisində qurğular haqqında geniş məlumat alıb və polimerlərin (yuxarı sıxlıqlı polietilen və polipropilen) alınması prosesini müşahidə ediblər.
Tələbələrə zavodda fəaliyyət göstərən iriölçülü ekstruderlərin iş prinsipi izah olunub. Ekstruderlərin birində istehsal olunan polietilenin dənəvər şəklinə çevrilməsi, digərində isə alınan polietilenin tərkibinə karbon əlavə edilərək kompozisiyanın hazırlanma prosesi izlənilib. Qurğularla tam tanışlıqdan sonra tələbələr ən son model cihazlara malik laboratoriyalarda bir çox analizlərin necə aparıldığını müşahidə ediblər. Laboratoriyalarda polimerlərin ərimə indeksi, əyilmədə və qırılmada möhkəmlik həddi, Martensə və Vikaya görə istiliyə davamlılıq, xromotoqrafların iş prinsipi tələbələrə izah edilib.
Tehsil-press.az