Baş nazirlərin Azərbaycan-Rusiya regionlararası forumu keçirildi

Baş nazirlərin Azərbaycan-Rusiya regionlararası forumu keçirildi Bakıda Baş nazirlər Əli Əsədovun və Mixail Mişustinin iştirakı ilə 11-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib.
Forumda Azərbaycanın Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Forumda iştirak ediblər.
Forum çərçivəsində iki ölkənin siyasət, biznes, elm, ziyalı və ictimaiyyət nümayəndələrinin, habelə regionların rəhbərlərinin və rəsmi şəxslərinin iştirakı ilə beş tematik dəyirmi masa keçirilib.
Baş nazirlər Əli Əsədov və Mixail Mişustin forumun bağlanış mərasimində çıxış ediblər. Əli Əsədov qeyd edib ki, regionlararası forumların keçirilməsi yaxşı ənənəyə çevrilib. Regionlararası əməkdaşlığı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi kimi səciyyələndirən Azərbaycanın Baş naziri vurğulayıb ki, bu əməkdaşlığa hər iki dövlətdə ali səviyyədə böyük əhəmiyyət verilir. Baş nazir deyib:
“2018-ci ildə Bakıda keçirilmiş IX Forumda Prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə iştirak etmələri buna sübutdur. Yeri gəlmişkən, Forum məhz dövlət başçılarının təşəbbüsü ilə yaradılıb”.
Vurğulanıb ki, 2019-cu ildə Moskvada keçirilmiş X yubiley Forumu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyekonun iştirakı ilə əlamətdar olub.
Daha sonra bildirilib ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq bu gün praktiki olaraq bütün sahələri ehtiva edir. Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər