Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu işini başa çatdırıb. Forum çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb. İqtisadiyyat, kənd təsərrüfatı, sosial, maliyyə, turizm və digər sahələri əhatə edən sənədlər sırasında tibb sahəsinə aid razılaşmalar da əldə olunub.
VII Azərbaycan-Rusiya regionlararası forum çərçivəsində iki ölkə arasında imzalanan sazişlərdən biri də Azərbaycan Tibb Universiteti tərəfindən yerinə yetirilib. Belə ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa dair Çərçivə Sazişi Azərbaycan Tibb Universitetini rektoru Gəray Gəraybəyli və Stavropol Dövlət Tibb Universitetinin rektoru Vladimir Koşel tərəfindən imzalanıb.
Qeyd edək ki, Azərbaycan-Rusiya regionlararası forum artıq 7-ci dəfədir təşkil olunur. Bu dəfə Rusiya forumda 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Stavropol Dövlət Tibb Universitetinin rektoru V.Koşelin rəhbərlik etdiyi nümayəndə heyətinə ali məktəbin beynəlxalq münasibətlər və marketinq şöbəsinin təmsilçiləri daxildirlər.

ATU-nun Mətbuat Xidməti
[right][/right]