Türkiyənin Aksaray Elm Mərkəzində (Aksaray şəhəri) 8-ci Beynəlxalq Sosial Elmlər Konfransı işə başlayıb.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev, ADPU-nun Quba filialının Ədəbiyyat və Dillər kafedrasının baş müəllimi Sərxan Cəfərov və həmin təhsil ocağının Azərbaycan dili və ədəbiyyat müəllimi Yadulla Ələkbərov təmsil edirlər.
Qloballaşan dünyada sosial problemlərin tədqiqi konfransın gündəliyində duran əsas vəzifələr sırasındadır.
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Gürcüstan, ABŞ, Kanada, Rumıniya, İngiltərə, Yeni Zellandiya və digər ölkələri təmsil edən alimlər gündəlikdə duran məsələlər ətrafında çıxışlar edəcək, fikir və mülahizələrini bölüşəcəklər.
Açılış mərasimində məlumat verilib ki, konfransında 18 ölkədən 129 ali təhsil müəssisəsini təmsil edən 337 alim, bir hissəsi onlayn olmaqla qatılır. Üç gün ərzində konfransa ümumilikdə 215 məqalə təqdim olunacaq.
Tehsil-press.az