Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn seminarda yeddi ölkənin 11 ali təhsil müəssisəsi iştirak edib.
"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər" mövzusunda keçirilən seminar hazırda dünyanın əksər ölkələrində ali təhsilin onlayn formada həyata keçirilməsini nəzərə alaraq, bu sahədə qarşılıqlı təcrübələrin öyrənilməsi məqsədi daşıyıb.
Beynəlxalq onlayn seminarda Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara və Qazi universitetlərinin, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölməsinin, Qırğızıstan Təhsil Akademiyasının, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Texniki Universitetinin məruzəçiləri, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının, ADPU-nun filiallarının nümayəndələri iştirak ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, hazırda təhsil ictimaiyyəti onlayn konfranslar vasitəsilə ünsiyyət qurur, təcrübə bölüşür. Son dövrdə onlayn təhsilə dair müəyyən uğurlar və nəticələr əldə edilib. Pandemiya şəraitində dövlətin müvafiq qərarına uyğun olaraq, tədrisin təşkilinin yollarını düşünərək müxtəlif addımlar atılır. Bugünkü şəraitdə onlayn təhsilin üstünlüyü ondadır ki, harada olmağımızdan asılı olmayaraq, istənilən şəraitdə müasir texnologiyaların köməyi ilə təhsil vermək mümkündür.
Daha sonra ADPU-nun tədris işləri üzrə prorektoru, dosent, moderator Eldar Aslanov onlayn təhsillə bağlı təcrübələrin bölüşülməsinin mövcud şərait üçün çox əhəmiyyətli olmasını vurğulayıb.
Seminar məruzəçilərin çıxışları ilə davam edib. Məruzəçilər onlayn dərslərin təşkili, məhdudiyyətlərə baxmayaraq məsafədən təhsilin üstünlükləri, onlayn tədrisin qurulması üçün istifadə edilən yeni platforma və texnologiyalar, onlayn imtahan prosesində qarşıya çıxacaq problemlər və onların həlli yolları haqqında təhsil təcrübələrini bölüşüblər.
Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Çapay Quliyev çıxış edərək, onlayn seminarın Azərbaycanda ali təhsilin onlayn təşkil edilməsində və onlayn imtahanların keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi baxımından önəmini vurğulayıblar.
ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev filial tarixində ilk dəfə uğurla ev sahibliyi edilən beynəlxalq seminarın iştirakçılarına, məruzəçilərə əməkdaşlığa görə təşəkkür edib. Bildirilib ki, onlayn təhsilin qarşıya çıxardığı problemləri həll etmək vacibdir, çünki ümumilikdə onlayn təhsil böyük səy tələb edir. Belə gərgin şəraitdə qurulan əlaqələr gələcək üçün yeni imkanlar açır və bundan qazanan dünya təhsilidir.
“Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanan və 5 saatdan artıq davam edən onlayn seminarın iştirakçılarına sertifikatlar təqdim ediləcək.
Tehsil-press.az